"RAHAT TELECOM" MMC

#1 İnternet və Tv Provayder

HAQQIMIZDA

Azərbaycanın inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “RahatTelecom” MMC abunəçilərə müxtəlif kommunikasiya xidmətləri təklif edən qabaqcıl şirkətdir. “RahatTelecom” MMC 2018-ci ildən etibarən,  ən son innovasiyalardan istifadə edərək öz abunəçilərini  fiber optik internet, SİP telefoniya və rəqəmsal televiziya xidmətləri ilə təmin edir. Rəqəmsal televiziya və sürətli internet xidmətinə qoşulma imkanı həm partnyor şirkətlərə, həm də  fərdi abunəçilərə geniş üstünlüklər qazandırır.

Davamlı inkişaf edən texnologiyanın şirkətin fəaliyyətində tətbiqi abunəçilərə keyfiyyətli yayımdan və yüksək sürətli fiber optik internetdən zövq almağa imkan verir. Şirkət fəaliyyətində müştəri məmnuniyyəti, yenilikçilik, peşəkarlıq və komanda ruhu kimi prisipləri rəhbər tutulur. Müştərilərimizin məmnuniyyəti  üçün abunəçilərin rəy və təkliflərinin diqqətlə dinlənilməsi, fəaliyyətdə yüksək texniki və etik standartların gözlənilməsi, eləcə də, insanların həyatını asanlaşdırmaq üçün ən müasir texnoloji sistemlərin tətbiqi əsas hədəfimizdir.

Yenilikçiliyi və inkişaf dinamikası  ilə seçilən RAHAT TELECOM şirkətinin əsas fəaliyyətinə daxildir:
- İT outsourcing

- Mini ATS-lərin və İP telefonların quraşdırılması

- Fiber optik internet şəbəkələrinin quraşdırılması

- Daxili və əsas internet şəbəkələrinin quraşdırılması (İnternet və İntranet)

- İstirahət və əyləncə məkanlarında Wİ-Fİ zonanın yaradılması

- İT məhsullarının satışı və təmiri (və s. daxildir.)


Şirkət yüksək sürətli internet və müxtəlif dillərdə geniş kanal siyahısına malik televiziya xidmətlərini optimal tariflərlə təklif edir. ”RahatTelecom” abunəçilərini İP protokolu üzərindən televiziya kanallarının yüksək keyfiyyətli (HD) yayımı, eləcə də əlavə avadanlıq quraşdırmadan Smart TV izləmək imkanı ilə təmin edir.

Şirkətimiz abunəçilərə keyfiyyətli xidmət göstərən proqressiv düşüncəli peşəkar bir texniki komandaya sahibdir. “RahatTelecom” MMC hər zaman müştəri məmnuniyyətini prioritet tutduğu üçün həm texniki komandamız, həm də daxili əməkdaşlarımız yüksək həssaslıqla seçilməklə yanaşı , 24/7 abunəçilərimizə keyfiyyətli xidmət göstərmək üçün çalışırlar.

Şirkət Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının verdiyi müvafiq lisenziya əsasında internet və televiziya yayımını həyata keçirir.

 

 

 

 

          Fiber Optik İnternet xidməti: “RahatTelecom” MMC həm  korporativ müştərilərə, həm də  fiziki şəxslərə genişzolaqlı fiber optik internet xidmətini təqdim edir. Fiber optik kabel və ən müasir tələblərə cavab verən avadanlıqlardan istifadə böyük həcmli məlumatların kəsintisiz və tez bir zamanda yüklənməsinə şərait yaradır. Şirkətin təqdim etdiyi 100 mb/s-dək yükləmə sürəti və yüksək keyfiyyətli xidmət müştərilərimizin internet resurslarından rahatlıqla istifadə etmələrinə və limitsiz fiber optik internetdən zövq almarına təminat verir. Fiber optik internetin digər bir üstünlüyü isə bu xidməti müştərilərimizin münasib qiymət ilə və sərfəli tarif paketi şəklində əldə edə bilməsindən ibarətdir.

          SİP telefoniya xidməti: Şirkətimiz tərəfindən təqdim olunan və ən son yeniliklərə əsaslanan SİP telefoniya xidmətinin özəlliyi onun intenet üzərindən işləməsidir. “RahatTelecom” MMC-nin öz xidmətlərində müasir texnologiyanı tətbiq etməsi telefoniya xidmətinin yüksək keyfiyyətə sahib olmasına şərait yaradır. SİP telefoniya xidməti həm fərdi abunəçilər, həm də korporativ müştərilər üçün mövcuddur. Şirkətimiz tərəfindən ofislərə daxili telefonların çəkilməsi xidməti də göstərilir.

          İP TV (İnternet Protocol Television) xidməti: “RahatTelecom” MMC müştərilərə keyfiyyətli

İPTV – İnternetdən televiziyaya İP protokolu üzərindən məlumatlar ötürən rəqəmsal şəbəkə texnologiyasıdır ki, kabel televiziyası xidmətinin əhatə dairəsinin olmadığı, internetə çıxışın olduğu istənilən  məkanda televiziya xidmətindən faydalanmağa şərait yaradır. 

 İPTV təsvir - səs siqnallarının ötürülməsi, qəbul keyfiyyətinin yüksək olması və  kanalların sayının xeyli artırılması imkanlarını əhatə edir. Həmçinin yayımın kənar maneələrə qarşı davamlı olması və digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimum olması kimi üstünlüklərə malikdir. İnternet televiziya xidməti abunəçilərə HD yayımdan zövq almağa, “Standart” paketə daxil olan 200-ə yaxın kanalı internet üzərindən izləməyə imkan verir. İPTV xidməti ilə siz dünyanın ən maraqlı və yüksək reytinqli xəbər, musiqili-əyləncəli, maarifləndirici, uşaq, kino və idman kanallarını izləyə, keyfiyyətli HD yayımdan zövq ala bilərsiniz.

 

Xidmətlərimiz

Fiber optik internet

FTTx texnologiyası ilə fiber optik kabel üzərindən məlumatların ötürülməsi, internet xidməti ilə yanaşı eyni zamanda bir çox digər telekommunikasiya xidmətlərinin də abonentə təqdim olunmasına imkan yaradır.

IP TV

İP protokolu üzərindən televiziya kanallarının yüksək keyfiyyətli (HD) yayımı. Əlavə avadanlıq quraşdırmadan Smart TV-də izləmək imkanı.

IP Telefoniya (SIP)

Telefoniyada yeni era. Danışığın paket şəklində İP protokolu ilə internetə ötürülməsi – telefoniyada keyfiyyətli xidmətə təminat verir.

  Yenilikçiliyi və inkişaf dinamikası  ilə seçilən RAHAT TELEKOM şirkətinin əsas fəaliyyətinə daxildir:
- İT outsourcing

- Mini ATS-lərin və İP telefonların quraşdırılması

- Fiber optik internet şəbəkələrinin quraşdırılması

- Daxili və əsas internet şəbəkələrinin quraşdırılması (İnternet və İntranet)

- İstirahət və əyləncə məkanlarında Wİ-Fİ zonanın yaradılması

- İT məhsullarının satışı və təmiri (və s. daxildir.)

5 ilə yaxındır uğurlu fəaliyyət göstərən şirkət daim yenilikçiliyi və inkişaf dinamikası ilə seçilməkdədir.

Fiber optik internet

İP TV

İP Telefoniya (SİP)

24/7 xidmət

Professional komanda

İnnovativ idealar

Ödənişlərin online formada yerinə yetirilməsi

RahatTelecom ilə daha sürətli internet

24/7 zəng mərkəzi

+994(12)310-01-03 zəng mərkəzimiz 24 saat fasiləsiz xidmətinizdədir.

Peşəkarlıq

Biz həm əməkdaşlarımız, həm də ictimaiyyət qarşısında sosial məsuliyyəti daşıyırıq.

Təcrübəli personal

Ortaya çıxan istənilən problem mühəndislərimizin illər boyu topladığı bilik və təcrübə sayəsində qısa vaxt ərzində öz həllini tapır.

Mühəndislərimizin illər boyu topladığı bilik və təcrübə sayəsində qarşıya qoyulan istənilən məsələ qısa vaxt ərzində öz həllini tapır.