#1 Rəqəmsal Tv

Rəqəmsal TV yayını “RAHAT Telecom” MMC fiber-optik internetlə yanaşı, ən son standartlara əsaslanan rəqəmsal televiziya yayımını da həyata keçirir. Yeni standart hesab olunan rəqəmsal televiziya yayımı yüksək görüntü və səs keyfiyyəti ilə analoq formatı bir çox üstünlükləri ilə geridə qoyur. Rəqəmsal TV yayımının ən başlıca özəllikləri interaktiv TV yayım sisteminin yaradılması (izləyici bu zaman TV proqramlarına müdaxilə edə bilir), proqramların arxivləşdirilməsi və yazılması, proqram dilinin və subtitrlərin seçilməsidir. Eyni zamanda TV proqramının ötürülməsi zamanı kənar maneələr hiss edilmir, yayımın həyata keçirilməsi üçün əlavə avadanlığa ehtiyac yaranmır və informasiyaların saxlanılmasında hər hansı bir itki prosesi baş vermir. “RAHAT Telecom” MMC öz müştərilərinə 3 növdə rəqəmsal TV yayımını təqdim edir:
*Standart TV yayımı-Burada HD görüntünü dəstəkləyən 133 kanal mövcuddur və bir mənzil daxilində qoşulan televizorların sayından asılı olmayaraq yalnız bir ödəniş həyata keçirilir..
*İP TV(İnternet Protocol Television) xidməti -İnternetdən televiziya İP protokolu üzərindən məlumatlar ötürən rəqəmsal şəbəkə texnologiyasıdır. Xüsusi İP-BOX avadanlığı ilə fəaliyyət göstərən və HD formata əsaslanan bu televiziya yayımı 319 kanaldan ibarətdir.
*Smart TV-Xüsusi proqram təminatının televizora yüklənməsi ilə uzaqdan idarə edilə bilən, ən müasir parametrlərə əsaslanan çoxfunksiyalı televiziya yayımıdır və 197 kanaldan ibarətdir.