Sadəcə mərkəzə deyil, hər kəsə...

İşinizin tələblərindən asılı olaraq, özünüzə və işinizə uyğun internet paketi əldə edə bilərsiniz.

"RAHAT TELECOM" MMC

internet və TV Provayder

Azərbaycanın inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “Rahat Telecom” MMC abunəçilərə müxtəlif kommunikasiya xidmətləri təklif edən qabaqcıl şirkətdir. “Rahat Telecom” MMC 2018-ci ildən etibarən, ən son innovasiyalardan istifadə edərək öz abunəçilərini fiber optik internet, SİP telefoniya və rəqəmsal televiziya xidmətləri ilə təmin edir. Rəqəmsal televiziya və sürətli internet xidmətinə qoşulma imkanı həm partnyor şirkətlərə, həm də fərdi abunəçilərə geniş üstünlüklər qazandırır.

Şirkət yüksək sürətli internet və müxtəlif dillərdə geniş kanal siyahısına malik televiziya xidmətlərini optimal tariflərlə təklif edir. ”RahatTelecom” abunəçilərini İP protokolu üzərindən televiziya kanallarının yüksək keyfiyyətli (HD) yayımı, eləcə də əlavə avadanlıq quraşdırmadan Smart TV izləmək imkanı ilə təmin edir.

Şirkətimiz abunəçilərə keyfiyyətli xidmət göstərən proqressiv düşüncəli peşəkar bir texniki komandaya sahibdir. “RahatTelecom” MMC hər zaman müştəri məmnuniyyətini prioritet tutduğu üçün həm texniki komandamız, həm də daxili əməkdaşlarımız yüksək həssaslıqla seçilməklə yanaşı , 24/7 abunəçilərimizə keyfiyyətli xidmət göstərmək üçün çalışırlar.

Şirkət Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının verdiyi müvafiq lisenziya əsasında internet və televiziya yayımını həyata keçirir.

Fiber Optik İnternet xidməti: “RahatTelecom” MMC həm korporativ müştərilərə, həm də fiziki şəxslərə genişzolaqlı fiber optik internet xidmətini təqdim edir. Fiber optik kabel və ən müasir tələblərə cavab verən avadanlıqlardan istifadə böyük həcmli məlumatların kəsintisiz və tez bir zamanda yüklənməsinə şərait yaradır. Şirkətin təqdim etdiyi 100 mb/s-dək yükləmə sürəti və yüksək keyfiyyətli xidmət müştərilərimizin internet resurslarından rahatlıqla istifadə etmələrinə və limitsiz fiber optik internetdən zövq almarına təminat verir. Fiber optik internetin digər bir üstünlüyü isə bu xidməti müştərilərimizin münasib qiymət ilə və sərfəli tarif paketi şəklində əldə edə bilməsindən ibarətdir.

SİP telefoniya xidməti: Şirkətimiz tərəfindən təqdim olunan və ən son yeniliklərə əsaslanan SİP telefoniya xidmətinin özəlliyi onun intenet üzərindən işləməsidir. “RahatTelecom” MMC-nin öz xidmətlərində müasir texnologiyanı tətbiq etməsi telefoniya xidmətinin yüksək keyfiyyətə sahib olmasına şərait yaradır. SİP telefoniya xidməti həm fərdi abunəçilər, həm də korporativ müştərilər üçün mövcuddur. Şirkətimiz tərəfindən ofislərə daxili telefonların çəkilməsi xidməti də göstərilir.

İP TV (İnternet Protocol Television) xidməti: “RahatTelecom” MMC müştərilərə keyfiyyətli

İPTV – İnternetdən televiziyaya İP protokolu üzərindən məlumatlar ötürən rəqəmsal şəbəkə texnologiyasıdır ki, kabel televiziyası xidmətinin əhatə dairəsinin olmadığı, internetə çıxışın olduğu istənilən məkanda televiziya xidmətindən faydalanmağa şərait yaradır.

İPTV təsvir - səs siqnallarının ötürülməsi, qəbul keyfiyyətinin yüksək olması və kanalların sayının xeyli artırılması imkanlarını əhatə edir. Həmçinin yayımın kənar maneələrə qarşı davamlı olması və digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimum olması kimi üstünlüklərə malikdir. İnternet televiziya xidməti abunəçilərə HD yayımdan zövq almağa, “Standart” paketə daxil olan 200-ə yaxın kanalı internet üzərindən izləməyə imkan verir. İPTV xidməti ilə siz dünyanın ən maraqlı və yüksək reytinqli xəbər, musiqili-əyləncəli, maarifləndirici, uşaq, kino və idman kanallarını izləyə, keyfiyyətli HD yayımdan zövq ala bilərsiniz.