#1 Rəqəmsal Tv
Rəqəmsal TV yayını
“RAHAT Telecom” MMC fiber-optik internetlə yanaşı, ən son standartlara
əsaslanan rəqəmsal televiziya yayımını da həyata keçirir. Yeni standart hesab
olunan rəqəmsal televiziya yayımı yüksək görüntü və səs keyfiyyəti ilə analoq
formatı bir çox üstünlükləri ilə geridə qoyur. Rəqəmsal TV yayımının ən başlıca
özəllikləri interaktiv TV yayım sisteminin yaradılması (izləyici bu zaman TV
proqramlarına müdaxilə edə bilir), proqramların arxivləşdirilməsi və yazılması,
proqram dilinin və subtitrlərin seçilməsidir. Eyni zamanda TV proqramının
ötürülməsi zamanı kənar maneələr hiss edilmir, yayımın həyata keçirilməsi üçün
əlavə avadanlığa ehtiyac yaranmır və informasiyaların saxlanılmasında hər hansı
bir itki prosesi baş vermir. “RAHAT Telecom” MMC öz müştərilərinə 3 növdə
rəqəmsal TV yayımını təqdim edir:
*Standart TV yayımı-Burada HD görüntünü dəstəkləyən 133 kanal mövcuddur və
bir mənzil daxilində qoşulan televizorların sayından asılı olmayaraq yalnız bir
ödəniş həyata keçirilir..
*İP TV(İnternet Protocol Television) xidməti -İnternetdən televiziya İP protokolu
üzərindən məlumatlar ötürən rəqəmsal şəbəkə texnologiyasıdır. Xüsusi İP-BOX
avadanlığı ilə fəaliyyət göstərən və HD formata əsaslanan bu televiziya yayımı 319
kanaldan ibarətdir.
*Smart TV-Xüsusi proqram təminatının televizora yüklənməsi ilə uzaqdan idarə
edilə bilən, ən müasir parametrlərə əsaslanan çoxfunksiyalı televiziya yayımıdır və
197 kanaldan ibarətdir.